Baş xəbərDünya

12 gündür davam edən meşə yanğını nəzarət altına alındı

Yaponiyanın şimal-şərqində 12 gündür davam edən meşə yanğınının nəzarət altına alındığı bildirilib.

Yerli hakimiyyət orqanları ölkənin şimal-şərqində 12 gündür davam edən və ən azı 210 tikiliyə ziyan vuran meşə yanğınının nəzarət altına alındığını, alovun tamamilə söndürülməsi üçün işlərin davam etdiyini açıqlayıb.

Yaponiyanın şimal-şərqində fevralın 26-da başlayan meşə yanğını təxminən 3000 hektar ərazini külə çevirib.

Səlahiyyətlilər ərazidə aparılan işlər zamanı yanmış meyitin tapıldığını bildiriblər.

Yanğın səbəbindən təxliyə edilənlər sığınacaqlara yerləşdirilib.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

CNN-in qurucusu Ted Turner vəfat etdi – media dünyasında böyük itki

Aynur Camal

İran Kuveytə ballistik raket atdı – CENTCOM açıqlama yaydı

Aynur Camal

Trump Ağ Evin bağçasında UFC döyüş qəfəsi qurdurur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu