26 C
Baku
18 Sentyabr 2026, 14:32
Ayətrafı kosmik məkan, ABŞ Kosmik Qüvvələri, kosmik silahlar, Den Keyn, kosmosda hərbi rəqabət, peyklər, Lagrange nöqtələri, kosmik təhlükəsizlik
Dünya

ABŞ kosmosda və Ay ətrafında mümkün döyüşlərə hazırlaşır

Bugun.tv xəbər verir ki, ABŞ hərbi rəhbərliyinin açıqlamaları kosmosun, o cümlədən Ay ətrafındakı ərazinin gələcək hərbi rəqabətin yeni istiqamətinə çevrilə biləcəyi barədə müzakirələri artırıb.

ABŞ Prezidentinin baş hərbi müşaviri, general Den Keyn ABŞ ordusunun yalnız Yerətrafı orbitdə deyil, Ay ətrafında da mümkün döyüşlərə hazırlaşmalı olduğunu bildirib. O, ABŞ hərbçilərinin dənizin dibindən Ayətrafı kosmik məkana qədər müxtəlif mühitlərdə mübarizəyə hazır olması lazım gəldiyini deyib.

Bundan bir neçə gün əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin rəhbəri Troy Meynkin ölkəsinin orbitdə kosmik məkanın idarə olunmasına imkan verən silah sistemlərinə malik olduğunu açıqladığı bildirilmişdi. ABŞ Kosmik Qüvvələri isə bu sistemlərin hərbi qüvvələri mümkün düşmən fəaliyyətindən qorumaq üçün istifadə oluna biləcəyini açıqlayıb.

“V Fokus”a danışan “Sovetski kosmos” təşkilatının rəhbəri Maksim Tsukanovun sözlərinə görə, “Ayətrafı məkan” anlayışı yalnız Ayın orbitini deyil, Yer ilə Ay arasındakı geniş kosmik ərazini də əhatə edir. Buraya Lagrange nöqtələri də daxildir.

Ekspert hesab edir ki, kosmosda müşahidə, rabitə və peyk sistemlərinə nəzarət uğrunda rəqabətin güclənməsi gələcəkdə ABŞ, Rusiya, Çin və digər kosmik dövlətlər arasında hərbi texnologiya yarışını sürətləndirə bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

“Ölmək qadağandır!” Tayland baş nazirindən əcnəbilərə sərt xəbərdarlıq

Aynur Camal

Nigeriyada metanol şübhəli içkidən ölənlərin sayı 48-ə çatdı

Aynur Camal

Güclü yağış Uffizi qalereyasına sızdı: Karavacconun əsəri zədə təhlükəsi yaşadı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu