Bugun.tv xəbər verir ki, Yaxın Şərqdə gərginliyin yenidən artması Avropa fond bazarlarına təzyiq göstərib. Avropa səhmləri bir aylıq minimuma yaxınlaşıb.
Reuters-in məlumatına görə, çərşənbə günü pan-Avropa STOXX 600 indeksi 0,3 faiz geriləyərək 645,42 bəndə düşüb. Bazar iştirakçıları enerji qiymətlərinin yüksəlməsi və bunun inflyasiyaya təsiri ilə bağlı narahatlıq keçirirlər.
ABŞ və İran arasında yeni hərbi zərbələrin həyata keçirilməsi neft qiymətlərinin yüksəlməsi ehtimalını artırıb. Bu isə investorların mərkəzi bankların faiz siyasəti ilə bağlı gözləntilərinə təsir göstərir.
Bununla yanaşı, dövlət istiqrazlarının gəlirliliyində artım da səhmlər üzərində əlavə təzyiq yaradıb. İnvestorlar yüksək borclanma xərclərinin şirkətlərin maliyyə vəziyyətinə və iqtisadi artıma təsir göstərə biləcəyindən ehtiyatlanırlar.
Reuters bildirir ki, Avropada pərakəndə satış sektoru geriləmədə öndə olub.
Bazar iştirakçıları Yaxın Şərqdə hərbi qarşıdurmanın nə qədər davam edəcəyini və enerji təchizatına hansı təsirin göstərəcəyini izləyirlər. Gərginliyin uzanması qlobal iqtisadi riskləri də artıra bilər.
Mənbə: Reuters
