27 C
Baku
27 İyul 2024, 3:42
Dünya

127 il əvvəl Almaniyaya qaçaq yolla gətirilən artefaktlar qaytarıldı

Nigeriyanın cənubundakı Benin Krallığına aid 127 il əvvəl qaçaqmalçılıq yolu ilə Almaniyaya gətirilən tarixi əsərlərin Nigeriyaya qaytarıldığı bildirilib.

Nigeriya Milli Muzeylər və Abidələr Komissiyasının (NCMM) baş direktoru Olugbile Holloway verdiyi açıqlamada Almaniyaya qaçaqmalçılıq yolu ilə gətirilən Benin Krallığı dövrünə aid tarixi əsərlərin Edo əyalətindəki səlahiyyətlilərə təhvil verildiyini bildirib.

Holloway qeyd edib ki, təhvil verilən əsərlər arasında 1897-ci ildə xaricə qaçaqmalçılıq yolu ilə gətirilən bürünclər və kral tabureləri də var.

Muzeydə tarixi əsərlərin sərgilənəcəyini bildirən Holloway mədəniyyət və irsin canlandırılması və sərgilənməsi istiqamətində səylərin davam etdiriləcəyini vurğulayıb.

ABŞ və Avropa ölkələrinin müxtəlif muzeylərində müstəmləkəçilikdən əvvəlki və müstəmləkə dövrlərində Nigeriyaya aid “Oba” bürünc heykəli də daxil olmaqla yüzlərlə tarixi əsər sərgilənir.

Nigeriya müstəmləkə dövründə oğurlanmış tarixi əsərlərin geri qaytarılmasında israr etməyə davam etsə də, bəzi ölkələr, xüsusən də İngiltərə tarixi əsərləri geri qaytarmaq fikrində deyil.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

İŞİD terrorçusu İstanbulda yaxalandı – FOTO

Teymur Əziz

161 illik suvarma kanalları bağlandı

Aynur Camal

Hərbiləşdirilmiş qüvvə kəndə hücum etdi: 180 ölü! Ölkədən beynəlxalq ictimaiyyətə zəng edin

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu