Alimlərin apardığı yeni araşdırma göstərib ki, gündə cəmi 5 dəqiqə orta və ya yüksək intensivlikli fiziki aktivlik belə erkən ölüm riskini azalda bilər.
Beynəlxalq tədqiqat qrupu Norveç İdman Elmləri Məktəbinin rəhbərliyi ilə aparılan araşdırmada 130 mindən çox insanın geyilə bilən cihazlardan (smart saat və fitnes qolbaqları) əldə olunan məlumatları təhlil edilib. Araşdırma “The Lancet” jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində iştirakçılar fiziki aktivlik səviyyəsinə görə qruplara bölünüb. Xüsusi diqqət ən az hərəkət edən 20% insan qrupuna və digər daha geniş populyasiyaya yönəldilib.
Nəticələr göstərib ki, gündəlik fiziki aktivliyin artırılması:
- yüksək risk qrupunda ölüm hallarının 6%-ə qədər azalmasına,
- digər qrupda isə ölüm hallarının 10%-ə qədər azalmasına səbəb ola bilər.
- Araşdırmaya əsasən, oturaq həyat tərzini gündə 30 dəqiqə azaltmaq da erkən ölüm ehtimalını aşağı salır.
Alimlər vurğulayır ki, bu təsir ən çox hərəkətsiz yaşayan insanlarda müşahidə olunub. Hətta qısa gəzinti, pilləkənlə qalxmaq və bir neçə dəqiqə aktiv hərəkət belə sağlamlıq üçün faydalıdır.
Avstraliya alimlərindən əlavə araşdırma: Alkoqolu azaltmaq xərçəngdən ölüm riskini aşağı salır
Digər araşdırmada Avstraliyanın La Trob Universitetinin alimləri alkoqol istifadəsinin azaldılması ilə xərçəngdən ölüm riskinin azalması arasında əlaqə müəyyən edib.
70 ildən çox statistik məlumatların təhlili göstərib ki, alkoqol istifadəsi:
- qaraciyər xərçəngi,
- tənəffüs və həzm yolları xərçəngi,
- yoğun bağırsaq,
- süd vəzi xərçəngi riskini artırır.
Alimlərin hesablamasına görə, bir nəfər üçün ildə 1 litr təmiz spirt istehlakının azaldılması bu növ xərçənglərdən ölüm hallarını bir neçə faiz aşağı sala bilər.
Mənbə: mail.ru
