21 C
Baku
8 Oktyabr 2024, 3:43
Baş xəbərDünya

14 yaşından kiçiklər üçün sosial media qadağası gündəmdədir

Cənubi Avstraliya əyalətinin Ali Məhkəməsi 14 yaşından kiçik uşaqlar üçün sosial mediaya “asılılığı sənayeləşdirdiyi” səbəbiylə qadağa qoymaq üçün hesabat hazırlayıb. Dünyanın ən böyük problemi olan “ekran asılılığı” uşaqlar üçün böyük təhlükə yaradır.

Azyaşlı uşaqların inkişafına və psixologiyasına mənfi təsir göstərən internet və telefon asılılığı ilə bağlı bir çox ölkədə qadağalar gündəmdədir.

Avstraliya da bu ölkələrə qoşuldu.

Yerli xəbər saytına görə; Ali Məhkəmənin keçmiş hakimi Robert Frans kiçik uşaqların sosial mediadan istifadə etməsi ilə bağlı hüquqi problemləri araşdıran hesabat hazırlayıb.

Hesabatda 14 yaşından kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsi də yer alıb.

Baş nazir Malinauskas açıqlamasında bu hesabata daxil edilən qanun layihəsinə əsasən, 14 yaşından kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməli olduğunu bildirib.

Sosial medianın avstraliyalıların psixi sağlamlığına dağıdıcı təsirləri olduğunu deyən Malinauskas bütün ştatları bu hesabatı qəbul etməyə çağırıb.

Malinauskas, sosial media platformalarının “asılılığı sənayeləşdirdiyini” ifadə etdi.

Gənclərin aludəçiliyi ilə pul qazandıqlarını ifadə edən Malinauskas, “Ona görə də bu yanaşmanı mənimsəyəcəklərsə, əməllərinin məsuliyyətini də onlar daşımalıdır” deyib.

Qanun layihəsində 14 yaşından kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməsi və uşaqlar bu platformalarda hesab açdıqları təqdirdə şirkətləri cərimələmək daxildir.

Müvafiq olaraq, 14 yaşından kiçik uşaqlar sosial mediadan istifadə etmək üçün valideynlərinin razılığını almalıdırlar. Qanun layihəsinin əvvəlcə Cənubi Avstraliyada, sonra isə digər ştatlarda parlamentlərə təqdim ediləcəyi gözlənilir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Lavrov: “Rusiya “Şimal axını” və “Şimal axını 2″ qaz kəmərlərinə qarşı törədilən təxribatın cəzasız qalmamasını tələb edir”

Nigar Məmmədova

Tullantıları urnalardan kənara atan şəxs aşkarlandı

Kəmalə Sultan

Malayziya: Bütün ölkələr bir araya gələrək fələstinlilər üçün həll yolu tapmalıdır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu