DünyaSiyasət

ABŞ ordusu Hörmüz boğazında hərbi gəmisinin vurulması ilə bağlı məlumatları təkzib edib

Bugun.tv xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında ABŞ hərbi gəmisinə uğurlu hücum etməsi barədə yayılan məlumatları təkzib edib.

CENTCOM-un yaydığı açıqlamada bildirilib ki, bəzi İran media orqanlarında ABŞ hərbi gəmisinin vurulması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

“İran media mənbələri iddia edir ki, İran Hörmüz boğazında ABŞ hərbi gəmisinə hücum edib. ABŞ-ın heç bir hərbi gəmisi vurulmayıb”, – deyə açıqlamada qeyd olunub.

Bundan əvvəl İranın Nournews agentliyi Vaşinqtonun son hücumlarına cavab olaraq Yaxın Şərqdə yerləşən ABŞ hədəflərinə zərbələr endirildiyini bildirmişdi. Məlumata görə, hədəflər arasında Hörmüz boğazında yerləşən ABŞ hərbi gəmiləri də olub.

ABŞ və İran arasında son günlər artan gərginlik fonunda tərəflər qarşılıqlı bəyanatlar verməyə davam edir. Rəsmi Vaşinqton İranın hücumlarla bağlı iddialarını rədd etsə də, bölgədə vəziyyətin gərgin olaraq qaldığı bildirilir.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

İran Xəzər dənizindəki hücuma görə Ukraynanı sərt qınadı

Aynur Camal

ABŞ səfiri: Tramp diplomatik danışıqlara imkan yaratmaq üçün İrana hücumları dayandırdı

Aynur Camal

Rusiya Kiyev vilayətində hərbi təlim obyektini raketlə vurdu: 10 nəfər ölüb, 100-ə yaxın yaralı var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu