Putin və Zelenski görüşü, Donald Tramp, Dmitri Peskov, Rusiya-Ukrayna danışıqları, ABŞ-Rusiya münasibətləri, Ukrayna münaqişəsi, Əbu-Dabi danışıqları, sülh danışıqları
DünyaSiyasət

Kirill Dmitriyev: Avropanın Ukrayna məsələsində daha realist mövqe tutacağına ümid edirik

Bugun.tv xəbər verir ki, Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyev Avropanın Ukraynadakı münaqişənin həlli ilə bağlı daha real yanaşma sərgiləyəcəyinə ümid etdiyini bildirib.

Dmitriyev bu fikirləri Almaniyanın Berliner Zeitung qəzetinə müsahibəsində səsləndirib. O qeyd edib ki, Rusiyanın mövqeyi aydın və ardıcıldır.

“Avropanın mövqeyində müəyyən dəyişikliklər görməkdən məmnunuq. Bu, əvvəllər mümkün görünmürdü. Ümid edirəm ki, Avropa daha realist yanaşma nümayiş etdirəcək”, – deyə o vurğulayıb.

Rusiya rəsmisinin sözlərinə görə, Moskva Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı baxışını dəfələrlə açıqlayıb və bu mövqe Rusiya Prezidenti Vladimir Putin tərəfindən də irəli sürülüb.

Dmitriyev bildirib ki, bir müddət əvvəl müxtəlif dairələr tərəfindən qeyri-real təkliflər səsləndirilsə də, hazırda real həll variantlarının müzakirə olunduğunu düşünür.

“İnanıram ki, hazırda real həll yolu masadadır. Əgər Ukrayna bunu qəbul edərsə, sülh dərhal bərqərar ola bilər. Getdikcə daha çox insan bunu anlamağa başlayır”, – deyə o əlavə edib.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Elxan Qəmbərovun yubileyi: Zəhmət, sədaqət və böyük hörmətlə yazılan ömür yolu

Bugün TV

Dörd gün ərzində 22 sərnişin reysi bomba hədəsi ilə üzləşdi

Aynur Camal

Dərsləri daha səmərəli öyrənmək üçün 10 faydalı üsul

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu