Dünya

15 ildən sonra ilk Həcc reysi həyata keçirildi

Bugun.tv xəbər verir ki, Suriyadan 15 ildən sonra ilk dəfə Həcc ziyarəti üçün hava reysi təşkil olunub.

Məlumata görə, yenidən bərpa edilərək istifadəyə verilən Aleppo International Airport hava limanından Səudiyyə Ərəbistanı istiqamətində iki ayrı uçuş həyata keçirilib.

Bu reyslərlə təxminən 690 suriyalı zəvvar namizədi Həcc ziyarətini yerinə yetirmək üçün yola salınıb. Bildirilib ki, zəvvarları daşıyan təyyarələr Kral Əbdüləziz Beynəlxalq Hava Limanı (King Abdulaziz International Airport) hava limanına istiqamət alıb.

Rəsmi açıqlamada qeyd olunub ki, bu uçuşlar uzun illər məhdud fəaliyyət göstərən Aleppo International Airport (Hələb Beynəlxalq Hava Limanı) hava limanının yenidən canlanması baxımından mühüm hadisə hesab olunur.

Suriya Dini Vəqflər Nazirliyi tərəfindən bildirilib ki, Həcc səfərlərinin təşkili məqsədilə mülki aviasiya qurumu və hava limanı rəhbərliyi ilə əvvəlcədən koordinasiya görüşləri keçirilib.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Tramp: Yeganə planımız İranın nüvə silahına sahib olmamasıdır

Aynur Camal

İtaliya Qəzzadan 72 fələstinli tələbənin təxliyəsini həyata keçirir

Aynur Camal

Beş ölkə İsrailin iştirakına etiraz olaraq “Avroviziya-2026”nı boykot etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu