Digər

15 uşağın ölümünə səbəb olan dərman hansıdır?

Özbəkistanda 15 uşaq Hindistanda istehsal olunan kəskin respirator virus infeksiyalarına qarşı dərmanı qəbul etdikdən sonra ölüb. Söhbət sirop və həb şəklində satılan “Doc-1 Max” dərmanından gedir. Dekabrın 22-dən Özbəkistanda bu dərmanın satışı dayandırılıb, komissiya hadisənin səbəblərini araşdırır. Bəs, görəsən, sözügedən dərmanın ölkəmizdə satışı varmı?

Mövzu ilə bağlı Analitik Ekspertiza Mərkəzinin laboratoriya müdiri Çingiz Şükürov Bugun.tv-yə danışıb.

Ç.Şükürov bildirdi ki, həmin o zəhərlənməyə səbəb olan köməkçi maddələr dietilen qlükol və etilen qlükol maddələr olub. Sözügedən dərman vasitəsi “Dok-1Max” dərman vasitəsi Azərbaycanda  qeydiyyatdan keçib. Lakin ölkəmizdə qeydiyyatdan keçmiş dərman vasitəsinin tərkibində sözügedən etilen qlükol və dietil qlükkol köməkçi maddələri mövcud deyil. Həmin dərman vasitəsinin tərkibində təhlükəsiz olan propilen qlükol köməkçi maddəsi var. Baxmayaraq ki, sözügedən dərman vasitəsi Azərbaycanda qeydiyyatdan keçib, lakin həmin dərman vasitəsi ölkəmizə idxal edilməyib.

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu