4 C
Baku
28 Fevral 2026, 12:38
Baş xəbərDünya

176 insan həyatını itirdi, çoxu itkin düşdü

Afrika ölkəsinin şərqində daşqınlar nəticəsində ən azı 176 nəfər həlak olub.

Bugun.tv bildirir ki, Cənubi Kivu əyalətində yağan leysan yağışı çayın daşmasına səbəb olub. Həmçinin Buşuşu və Nyamukubi kəndlərinə də  ciddi ziyan vurub.

Əyalət qubernatoru Teo Nqvabidje Kasi ölənlərin sayının 176 olduğunu və digər insanların hələ də itkin düşdüyünü bildirib.

Məlumata görə, insanlar açıq havada yatırlar. Cənubi Kivuda daşqınlar və torpaq sürüşmələri qeyri-adi hadisə deyil.

Xatırladaq ki, DRC-də 5,5 milyondan çox məcburi köçkün yaşayır ki, bu da dünyada üçüncü ən yüksək rəqəmdir. Bir milyon digər Konqolu da ölkəni tərk edib.

Çoxsaylı hesabatlar ərzaq qıtlığını 27 milyon insanın – ölkə əhalisinin üçdə birinin – aclıq içində olduğu ən yüksək səviyyədə olduğunu qeyd edib.

Mənbə: aljazeera.com

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu