Baş xəbərKriminal

3 mağaza və 1 aptekdən oğurluq edən şəxs saxlanıldı

Cəlilabadda bir həftə ərzində 3 mağaza və 1 aptekdən oğurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv-yə verilən məlumata görə, Cəlilabad şəhəri ərazisində yerləşən apteklərdən birindən 3360 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səyad Həmidov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun bir neçə gün ərzində əlavə olaraq 3 mağazadan da müxtəlif məbləğlərdə pul, danışıq kartları, tütün məmulatları və digər əşyalar oğurladığı müəyyən edilib.

Məhkəmənin qərarı ilə S.Həmidov barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Aynur Camal

Oxşar xəbərlər

Ekspert: Rusiya Talibanı Ukrayna müharibəsinə cəlb etməyə çalışa bilər

Aynur Camal

ABŞ-li analitikdən Türk Dövlətləri Təşkilatına dəstək çağırışı

Aynur Camal

Sızanaqlara qarşı vaksin hazırlanır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu