Azərbaycanın Xocalı və Şuşa şəhərləri yaxınlığında erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilən dinc əhalinin qalıqlarının olduğu kütləvi məzarlıqlar aşkar edilib.
Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən açıqlamada bildirilib ki, Şuşa yaxınlığında yol işləri aparılan zaman içərisində 5 nəfərin qalıqlarının olduğu kütləvi məzarlıq aşkarlanıb.
O da bildirilib ki, Əsgəran-Xocalı yolunun Xocalı yaxınlığından keçən hissəsində içərisində azı 7 nəfərin qalıqlarının olduğu kütləvi məzarlıq aşkar edilib.
Bildirilib ki, erməni silahlı qüvvələri tərəfindən təsadüfi basdırılan və kütləvi şəkildə qətlə yetirilən mülki şəxslərə aid olduğu ehtimal edilən qalıqlarda işgəncə izləri aşkar edilib.
Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana hücumları nəticəsində 4 mindən çox Azərbaycan vətəndaşı itkin düşüb.
Rəsmi məlumata görə, Azərbaycanın itkin düşmüş şəxslər siyahısında 3983 nəfər var.
Ermənistan 3210-u hərbçi, 778-ü mülki şəxs olmaqla itkin düşənlərin taleyi, onların kütləvi məzarlarının yeri barədə məlumat verməkdən yayınır.
İkinci Qarabağ müharibəsindən sonra bölgədəki kütləvi məzarlıqlarda itkin düşmüş şəxsə aid olduğu güman edilən 187 qalıq müəyyən edilib. Bundan başqa, Qarabağda yol və digər tikinti işləri zamanı itkin düşmüş şəxslərə aid olduğu güman edilən 309 cəsədin qalıqları tapılıb. Tapılan qalıqlardan 170-nin şəxsiyyəti müəyyən edilib.
Mənbə: HaberGlobal