25 C
Baku
27 İyul 2024, 6:26
Digər

“20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümumilli Lider Heydər Əliyevin rolu”

Kəlbəcər rayon İcra Hakimiyyətinin və YAP Kəlbəcər rayon Təşkilatının birgə təşkilatçılığı “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümumilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.

 

Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev İli elan edilməsi ilə bağlı silsilə tədbirlərə start verilib. Kəlbəcər rayon Icra Hakimiyyətində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümumilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, professor Ələmdar Əlbəndov və professor Elman Mövsümov, Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev iştirak edib.İlk öncə Ümumilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Keçirilən dəyirmi masada çıxış edən natiqlər Ümumilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açılıb, 20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümumilli Lider Heydər Əliyevin rolu xüsusi vurğulanıb.Qeyd edilib ki, bu gün dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən faciə qurbanlarının yaxınlarına və faciədən əziyyət çəkmiş insanlara xüsusi dövlət qayğısı göstərilir. Eyni zamanda qeyd edilib ki, 20 yanvar faciəsi xalqımızın yaddaşına qəhrəmanlıq dastanı kimi yazılıb. 20 yanvar qurbanlarının əziz xatirəsi daima hər birimizin qəlbində yaşayacaq, onların qorxmazlığı, cəsurluğu yetişən gənc nəsilin milli vətənpərvərlik ruhunda böyüməsinə bir nümunə olacaqdır.

 

Oxşar xəbərlər

“Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibləri mükafatlandırılıb-FOTOLAR

Nigar Məmmədova

İslamdan müqəddəslik almış dövrünün müasir qadınları

Bugün TV

Ölənlərin sayı 37 min 164-ə yüksəldi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu