Digər

20 yanvar körpüsü təhlükəlidir?-FOTO

20 yanvar dairəsinin üzərində yerləşən körpüdən su axması ərazidən istifadə edən sakinlərin narazılığına səbəb olub. Onlar hətta yağış yaşmadığı hallarda belə bu problemlə rastlaşdıqlarını söyləyir. “Mən bu ərazidə işləyirəm. Həftədə ən azı bir dəfə bu hal baş verir. Səbəbini heç kim bilmir”. “Ola bilsin ki, körpü sıradan çıxmaq üzrədir. Hər halda əlaqədar qurumlar tədbir görməlidirlər”. “Heç xoş hal deyil. Yəqin ki, vaxtı ilə yığılan yağış sularıdır. Sonra da sızıb, yerə tökülür. Üst-başımız islanır. Tezliklə həll edilsə, yaxşı olardı” – deyənlər də var.

Məsələ ilə bağlı Bugun.tv olaraq  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə yaratdıq. Qurumun mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, 20 yanvar dairəsinin üzərində yerləşən yol ötrücüsünün yol ayrıcında yaşıllıq zolağı var. “O kolluqların suvarılması zamanı bu cür hal baş verə bilər. Müşahidə olunan su damcılaması məhz bunun nəticəsidir. Narahatlığa ciddi əsas yoxdu” – deyə, A.Nəcəfli bildirib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu