Baş xəbərDünya

2000-dən çox miqrant dəstələr tərəfındən qaçırıldı

Bugun.tv xəbər verir ki, Meksika hökuməti ötən il fırıldaqçılar və narkotik dəstələri tərəfindən qaçırılan qeyri-qanuni miqrantların sayının 2000-dən çox olduğunu bildirib.

Meksikanın Miqrasiya üzrə Milli Agentliyinin məlumatına əsasən, dəstələr ABŞ-a çatmağa çalışan qeyri-qanuni miqrantları  qaçırır və fidyə tələb edir.

Dünən ölkənin şimal sərhədində yerləşən Sonora ştatının San Luis Rio Kolorado şəhərində yoxa çıxan 10 kolumbiyalı qeyri-qanuni miqrantın səhhətinin yaxşı olduğu bildirilib. Məlum olub ki, qaçaqmalçılar itkin düşən immiqrantlar üçün ABŞ-dakı qohumlarından fidyə tələb ediblər.

Xəbərdə qeyd olunub ki, Meksika Mərkəzi və Cənubi Amerikanın digər ölkələrindən ABŞ-a getmək istəyən qeyri-qanuni miqrantların tranzit marşrutlarından biridir. Çətin şərtlər altında Meksikaya çatan immiqrantlar miqrant qaçaqmalçılarının və ya narkotik dəstələrinin əlinə keçir.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

Coca-Cola zavodunda güclü yanğın baş verdi

Aynur Camal

Dünyada ilk dəfə yaşlı insanların sayı 5 yaşadək uşaqların sayını ötdü

Aynur Camal

Finlandiyada Soyuq müharibədən bəri Avropanın ən böyük mülki müdafiə təlimi keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu