25 C
Baku
27 İyul 2024, 3:58
Texnologiya

Yeni iPhone SE dizaynı ortaya çıxdı ​

Bugun.tv xəbər verir ki, yeni Apple iPhone SE seriyalı smartfon daha böyük ekran və USB-C alacaq. Bu barədə 91Mobiles məlumat yayıb.

Media mütəxəssisləri açıqlanan insayder hesabatı əsasında gələcək cihazın kompüter görüntüsünü yaradıblar. Buradan belə nəticə çıxır ki, dördüncü nəsil SE 2017-ci ildən bəri Apple smartfonlarında mövcud olan Face ID biometrik sensoru üçün kəsik olan “monobrow”lu 6,1 düymlük ekrana sahib olacaq.

Cihaz həmçinin bütün SE seriyalı cihazlar kimi tək kamera alacaq. Yeni cihazın ölçüləri 2022-ci ildə buraxılan iPhone 14-ün parametrləri ilə demək olar ki, eynidir – qurğunun uzunluğu 147 millimetr, eni 71,5 millimetr və qalınlığı 7,7 millimetr olacaq.

Bundan əlavə, iPhone SE USB-C portu ilə gələcək. 2023-cü ildə Apple şirkəti Lightning-in əvəzinə universal konnektoru alan ilk smartfonları təqdim edib. 91Mobiles jurnalistlərinin fikrincə, yeni SE 2025-ci ilin əvvəlində buraxılmalıdır.

İlk iPhone SE 2016-cı ilin əvvəlində təqdim edildi. 2020-ci ildə şirkət ikinci nəsil SE-ni buraxıb. Üçüncü nəsil 2022-ci ildə nümayiş olunub.

Fevralın ortalarında The Elec insayderləri bildirdilər ki, Apple dördüncü nəsil iPhone SE-ni 2025-ci ilin əvvəlində buraxmağı planlaşdırıb. Cihaz mart və ya aprel aylarında təqdim olunacaq.

Mənbə Qaytən Qasımzadə

Mənbə lenta.ru

Bugün TV

Oxşar xəbərlər

Çinli Dongfeng Avropada istehsal üçün ölkə axtarır

Elnarə Dərziyeva

Microsoft süni intellektə malik kompüter buraxacaq

Teymur Əziz

Crew Dragon turistlərlə birlikdə ISS-dən çıxarıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu