6 C
Baku
2 Aprel 2023, 0:31
Baş xəbərMədəniyyət

“2023- dən oxucular dünya kitabxanalarına virtual daxil ola biləcəklər”

“2023- dən oxucular dünya kitabxanalarına virtual daxil ola biləcəklər”.

Bugün.tv-nin Mədəniyyət Nazirliyindən əldə etdiyi məlumata əsasən,  ölkəmizdə gedən islahatlar kitab sənayesinə də öz müsbət töhvələrni verib. Belə ki , Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Mariflinin sözlərinə görə ölkədə kitab sahəsində irəliləyişlər var.

“İlk öncə onu qeyd edim ki,  kitab sənayesində islahatlar başlayıb. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə naşirlər üçün Komissiya yaradıllıb. Hər il keçrilməsi nəzərdə tutulan komissiyaya kitabını nəşr etmək istəyən müəlif müraciət edə biləcək. Müraciətdən sonra şəffaflığın qorunması üçün ərizəçiyə adının yerinə şifrə təqdim olunacaq. Komissiyadan müsbət rəy alan şəxsin kitabı nəşr ediləcək”-  Akif Marifli bildirib.

Onun sözlərinə görə, artıq 2023 -cü ildən Azərbaycanda da Koha kitabxana sistemi yaradılacaq. Bu sistem vasitəsilə oxucular dünya kitabxanalarına virtual daxil ola biləcəklər.

Oxşar xəbərlər

Son 3 gün ərzində 2171 qəza hadisəsi qeydə alınıb

Aynur Camal

Prezident: “Belə təəssürat yaranır ki, Ermənistana kimsə nə isə vəd edib”

Nigar Məmmədova

Hollivud aktyorunun təyyarəsini ildırım vurub

Aynur Camal

Şərh yazın