Xorvatiya, Roma gəmisi, Adriatik dənizi, arxeoloji kəşf, qədim gəmiçilik, şam qatranı, arı mumu, tarixi tədqiqat
Maraqlı faktlar

2200 illik Roma gəmisinin su keçirməyən örtüyünün sirri açıldı

Xorvatiya sahillərində aşkar edilmiş təxminən 2200 illik Roma gəmisinin qalıqları qədim dənizçilərin gəmiləri sudan qorumaq üçün istifadə etdikləri üsullar barədə yeni məlumatlar ortaya çıxarıb. Alimlər gəminin örtük materialında şam qatranı, arı mumu və minilliklər boyu qorunmuş mikroskopik bitki tozcuqları aşkar ediblər.

Bugun.tv xəbər verir ki, “Ilovik-Paržine 1” adlandırılan gəmi 2016-cı ildə Xorvatiyanın Adriatik dənizi sahillərində aşkarlanıb. Fransalı və xorvatiyalı mütəxəssislər onun qoruyucu örtüyündən götürülmüş 10 nümunəni tədqiq ediblər. Təhlillərə görə, örtüyün əsas hissəsi qızdırılmış iynəyarpaqlı ağac qatranından hazırlanıb. Nümunələrdən birində isə qatranla arı mumunun qarışığı müəyyən edilib. Qədim yunan gəmiqayırma ənənəsində bu qarışıq “zopissa” adlandırılırdı. O, örtüyü daha elastik edir və isti halda taxta səthə çəkilməsini asanlaşdırırdı.

Tozcuqlar gəminin keçdiyi yolları üzə çıxarıb

Alimlərin diqqətini çəkən əsas tapıntılardan biri qatranın içində qorunmuş bitki tozcuqları olub. Onların təhlili gəminin istismar müddətində dörd-beş dəfə müxtəlif qoruyucu örtük partiyası ilə təmir edildiyini göstərib.

Mütəxəssislər eyni zamanda, bəzi təmir işlərinin İtaliyanın Brindizi limanı yaxınlığında, digərlərinin isə Adriatik dənizinin şimal-şərq sahillərində aparılmış ola biləcəyini də ehtimal edirlər.

Tədqiqat qədim gəmiçilikdə istifadə olunan texnologiyaların və Aralıq dənizi regionunda dəniz ticarətinin tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir.

Mənbə: ScienceDaily

Aynur Camal

Oxşar xəbərlər

Beynəlxalq araşdırma: qadınların rəhbər vəzifələrdə iştirakı şirkətlərin nəticələrinə müsbət təsir edir

Aynur Camal

700 min qadının iştirakı ilə süni intellekt sınağı keçiriləcək

Aynur Camal

Alimlər Ay torpağını təqlid edən mühitdə kartof yetişdirdilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu