Baş xəbərİqtisadiyyat

258 milyon manat Naxçıvanda hansı layihələrə xərclənəcək?

Bugun.tv xəbər verir ki, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair imzaladığı Sərəncamla 258 milyon manat vəsait ayrılacaq. İqtisadçı deputat Vüqar Bayramov sosial media hesabında paylaşımında ayrılan vəsaitin Naxçıvanda konkret sosial və iqtisadi layihələrin maliyyələşdirilməsinə yönəldiləcəyini bildirib.

Vüqar Bayramovun sözlərinə görə, vəsait Naxçıvanın infrastrukturunun yenilənməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi və sosial obyektlərin tikintisi və təmiri daxil olmaqla bir sıra istiqamətlərə sərf olunacaq.

Ayrılan vəsait hesabına Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi, 156 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini əhatə edən 420 kilometr yolun əsaslı təmiri nəzərdə tutulur.

Bundan başqa, Naxçıvan Dövlət Universitetində 1000 yerlik tələbə yataqxanası, həmçinin ümumilikdə 640 yerlik 5 yeni uşaq bağçası tikiləcək. Eyni zamanda 161 yaşayış binası və istilik qazanxanalarında əsaslı təmir işləri aparılacaq.

Deputat qeyd edib ki, ayrılan maliyyə Naxçıvanın sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfə verəcək və regionun daha sürətli, tarazlı və dayanıqlı inkişafına imkan yaradacaq.

Vüqar Bayramovun fikrincə, Naxçıvanda institusional və kadr islahatlarının genişləndirilməsi fonunda maliyyə dəstəyinin artırılması bölgənin inkişafını daha da sürətləndirəcək. O bildirib ki, uzun müddət blokada şəraitində qalan Naxçıvan hazırda yeni kommunikasiya imkanlarının formalaşması ilə regionun mühüm nəqliyyat mərkəzlərindən birinə çevrilir.

Deputatın qənaətinə görə, bu proses yalnız Naxçıvan üçün deyil, bütövlükdə region üçün yeni imkanların yaranması deməkdir.

Aynur Camal

Oxşar xəbərlər

Aynur Camal

Vüqar Bayramov: Naxçıvan sahibkarları 10 il müddətinə bir sıra vergilərdən azad ediləcək

Aynur Camal

Naxçıvan Azərbaycanın yeni geosiyasi xəritəsində strateji qovşağa çevrilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu