Bugun.tv xəbər verir ki, bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur.
Azərbaycan Ordusunun əsası 1918-ci il iyunun 26-da yaradılan Əlahiddə Azərbaycan Korpusu ilə qoyulub. Məhz bu tarix müstəqil Azərbaycan dövlətçiliyinin mühüm atributlarından biri olan milli ordunun yaranma günü hesab edilir.
1998-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamla 26 iyun rəsmi olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilib.
Müasir Azərbaycan Ordusu 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra yenidən formalaşdırılıb və son illərdə həyata keçirilən islahatlar nəticəsində regionun ən güclü ordularından birinə çevrilib. Ordumuz ölkənin ərazi bütövlüyünün və suverenliyinin qorunmasında mühüm rol oynayıb.
Bu münasibətlə ölkə üzrə müxtəlif tədbirlər keçirilir, şəhidlərin xatirəsi ehtiramla yad olunur, hərbi qulluqçulara və veteranlara təbriklər ünvanlanır.
Bugun.tv kollektivi Azərbaycan Ordusunun şəxsi heyətini, qazilərimizi, veteranlarımızı və bütün hərbi qulluqçularımızı 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, Vətənimizin keşiyində dayanan hər bir hərbçiyə möhkəm cansağlığı və şərəfli xidmət arzulayır.
