Dünya

263 nəfərlik dağ kəndi yeni qonşular axtarır: Ev təmirinə 100 min avroya qədər dəstək veriləcək

Bugun.tv xəbər verir ki, Luserna kəndi əhalinin azalmasının qarşısını almaq məqsədilə yeni sakinlərin cəlb olunmasına yönəlmiş proqram həyata keçirməyə başlayıb.

Məlumata görə, İtaliyanın şimalındakı dağlıq ərazidə yerləşən və cəmi 263 nəfərin yaşadığı kəndə köçməyi qəbul edən şəxslərə ev alınması və təmir işləri üçün 100 min avroya qədər maliyyə dəstəyi təqdim olunacaq.

Yerli hakimiyyət orqanları bildiriblər ki, təşəbbüsün əsas məqsədi uzun illərdir böyük şəhərlərə miqrasiya səbəbindən boş qalan yaşayış evlərini yenidən istifadəyə qaytarmaq və kəndin sosial həyatını canlandırmaqdır.

Proqram çərçivəsində xüsusilə gənc ailələrin və bölgədə uzunmüddətli yaşamaq istəyən şəxslərin kəndə cəlb edilməsi nəzərdə tutulur. Səlahiyyətlilər hesab edirlər ki, bu addım kənd yerlərində əhalinin azalması probleminin həllinə töhfə verə bilər.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Duz həqiqətən böyrəklər üçün zərərlidirmi?

Aynur Camal

ABŞ-də bəzi məktəblərdə təhlükəsizlik dronları dövrü başlayır

Aynur Camal

“Livanda yaradılacaq yeni mexanizm Netanyahuya narahatlıq yaradıb”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu