21 C
Baku
8 Oktyabr 2024, 3:17
Baş xəbər

30 il öncəyə səyahət- Şuşa-video

Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin direktoru Səlcuq Qaraqılıc öz tviter hesabında Bakı və Azərbaycan Sivilizasiya Nazirliyinin tərəfdaşlığı ilə Şuşada “Şuşa yaradıcılıq seminarı” nın başa çatması haqqında məlumat paylaşıb.

“Şuşa hər zaman çox dəyərli sənətkarlar yetişdirmiş musiqi mədəniyyətinin paytaxtıdır! 28 illik işğaldan sonra 2020-ci il noyabrın 8-də Şuşa igidlərmizin qəhrəmanca  döyüş mücadiləsi nəticəsində azad edilib.

https://keremgok.co/
Kerem Gök

1992 -ci ildə işğaldan sonra ermənilər tərəfindən məhdud yaşayış məntəqəsi üçün açılan Şuşa dağıdılıb, talan edilib. Bu gün şəhərin hər yerində işğalın bütün izlərini görmək olar”- deyə O bildirib.

S.Qaraqılıc  əlavə edib ki,  Bakı Yunus Əmrə İnstitutu olaraq Qarabağda və Şuşada işğaldan sonrakı vandalizmi Türkiyə və dünya ictimaiyyətinə izah etmək istədik. Eyni zamanda, Şuşa Azərbaycan sivilizasiyasının mərkəzi olduğu üçün Türkiyədə Qarabağ mədəniyyətinin və onun tarixi aspektlərini böyük auditoriyaya izah etməyə özümüzə borc bildik.
Çanaqqala müharibəsi zamanı 1915-ci ilin sonlarına doğru Ənvər Paşa otuz nəfərə yaxın sənətkarı (şair, yazıçı, rəssam və bəstəkar) Çanaqqala səngərlərinə dəvət edib. Onlardan müharibə gedən əraziləri gəzmələrini və gördüklərini duyduqlarını öz əsərləri ilə, incəsənət yolu ilə yaymaqlarını istədi. Bu yaradılan komitənin adı “Çanaqqala Ədəbi Heyəti” idi. Bu gün həmin şeirlər, roman və rəsm əsərləri Türk tarixində önəmli izlər buraxıb.
Bir millət iki dövlət olaraq Bakı Yunus Əmrə İnstitutu “Qarabağ ədəbi heyəti” adlı layihəmizlə Şuşaya gedib oradan Türk və Dünya ictimai birliyinə səsimizi çatdırmaq istədik. Bu məsələ ilə bağlı hər cür dəstəyinə görə Azərbaycan mədəniyyət naziri Anar Kərimova təşəkkürmüzü bildiririk.

Kerem Gök
Kerem Gök

S.Qaraqılınc həmçinin öz tviter hesabında sosial şəbəkələrdə trendə çevrilmiş Kərəm Gökün Şuşada kameraya aldığı “30 il öncəyə səyahət: Azərbaycan Şuşası” adlı videoçarxı yayımlayıb.

 

Aynur Camal

Oxşar xəbərlər

Deputat məişət zorakılığı ilə bağlı qanuna dəyişiklik təklif etdi – VİDEO

Bugün TV

Ukrayna Kurskda çoxlu Rus əsgərini əsir götürdü

Aynur Camal

“Patriot” raket sistemi “zədələnib”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu