15 C
Baku
25 İyun 2025, 6:00
Baş xəbər

30 illik “Dostluq” adlı sərgi keçirildi- FOTOLAR

Azərbaycan və Venesuela arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunmuş “Dostluq” adlı sərgi keçirildi

Bugun.tv -xəbər verir ki, Venesuelanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan–Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupunun birgə təşkilatçılığı ilə “Landmark” mərkəzində “Dostluq” adlı rəsm sərgisi açılıb. Tədbir Azərbaycan və Venesuela arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunub.

Sərginin açılışını Venesuelanın Azərbaycandakı ilk səfiri Kristofer Berroteran edib. O, çıxışında iki ölkə arasında qurulmuş səmimi və məhsuldar əlaqələrdən bəhs edib, həmçinin sərgi ilə bağlı təəssüratlarını bölüşüb.

Daha sonra Milli Məclisin Azərbaycan–Venesuela işçi qrupunun rəhbəri Tamam Cəfərova çıxış edərək, ölkələrimiz arasında diplomatik münasibətlərin əhəmiyyətindən, ilin əvvəlində parlament xətti ilə Venesuelaya həyata keçirilmiş səfərdən və sərginin ərsəyə gəlməsindən danışıb.

Sərginin kuratoru, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, Əməkdar rəssam və Azərbaycan–Venesuela işçi qrupunun üzvü Ülviyyə Həmzəyeva bildirib ki, ekspozisiyada hər iki ölkədən 32 rəssamın ümumilikdə 55 əsəri nümayiş olunur. Onun sözlərinə görə, bu layihə mədəniyyət sahəsində səmərəli əməkdaşlığın və xalqlar arasında dostluğun gözəl nümunəsidir.

Xalq rəssamı Arif Hüseynov sərgi ilə bağlı çıxış edərək iştirakçıları təbrik edib və belə bir sərginin Karakas şəhərində də keçirilməsini arzulayıb.

Tədbirdə, həmçinin Azərbaycan–Venesuela dostluq qrupunun üzvləri, deputatlar – Mehriban Vəliyeva, Aydın Hüseynov və Müşfiq Məmmədli də iştirak ediblər. Onlar rəssamlara diplomlar təqdim edərək, sənətkarların fəaliyyətini yüksək qiymətləndiriblər.

Rəsmi çıxışlardan sonra iştirakçılar sərgiyə baxış keçiriblər. Tədbirdə dövlət və qeyri-hökumət qurumlarının nümayəndələri, mədəniyyət xadimləri və rəssamlar da iştirak ediblər.

Sonda, tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.

Aynur Camal

Oxşar xəbərlər

İtaliyadan Suriyaya humanitar yardım

Aynur Camal

İlham Əliyev Artur Rasi-zadəyə “Heydər Əliyev” ordenini təqdim edib

Aynur Camal

Ağ Ev: Çinli hakerlər telekommunikasiya şirkətlərini hədəfə alıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu