Maraqlı faktlar

3000 illik tunc qılınc tapılıb

Bugun.tv xəbər verir ki, Bavariya Ştat Hökuməti Abidənin Mühafizəsi agentliyi iyunun 14-də elan edib ki, arxeoloqlar Donau-Ries qraflığında aparılan qazıntılar zamanı məzarda yaxşı qorunmuş 3000 illik Tunc dövrünə aid tunc qılınc tapdıqlarını açıqladılar.

TRT Haberin məlumatına görə, bəyanatda yer alanlar: “3000 ildən çox yaşı olan və demək olar ki, parıldayan qeyri-adi dərəcədə yaxşı qorunmuş tunc qılınc. Tunc tam saplı qılınc ailəsindəndir, səkkizguşəli sapı tamamilə tuncdan hazırlanır (səkkizguşəli qılınc növü).”

Səlahiyyətlilər, ilk təsbitlərə görə qılınc M.Ö. 14-cü əsrə (Tunc dövrünə) aid olduğunu bildirərək, bu dövrə aid qılınc tapıntılarına son dərəcə nadir rast gəlindiyini vurğuladı.Kəşf “qeyri-adi” kimi qiymətləndirilib, arxeoloqlar qəbirdə qılıncla yanaşı, digər tunc əşyaların da tapıldığını bildiriblər.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Çin internetində qəribə iddia: Tan sülaləsi heç vaxt mövcud olmayıb?

Aynur Camal

Bir şirniyyat sosial medianın gücü ilə İtaliyada dağ sığınacağını turist axınına məruz qoydu

Aynur Camal

 62 milyon illik “daşlaşmış akvarium” aşkar etdilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu