15 C
Baku
16 Aprel 2026, 11:21
Baş xəbər

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunur

31 dekabr tarixində Azərbaycan Respublikasında və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edirlər.

Bu əlamətdar gün bütün dünya azərbaycanlılarının milli birlik, həmrəylik və vətənə bağlılıq ideyası ətrafında birləşməsini simvolizə edir. Həmrəyliyin rəmzinə çevrilmiş bu tarix milli kimliyimizin və diaspor gücümüzün təcəssümüdür.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın 31-də Araz çayı boyunca baş verən tarixi hadisələrdən sonra qoyulub. 1991-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə bu tarix rəsmi bayram günü kimi təsdiqlənib. Həmin gündən etibarən 31 dekabr azərbaycanlıların milli həmrəyliyinin rəsmi təcəssümünə çevrilib.

Bu gün xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, ictimai birliklər və icmalar tərəfindən müxtəlif tədbirlər, konfranslar və mədəni proqramlar təşkil olunur. Məqsəd Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, milli dəyərlərin qorunması və soydaşlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsidir.

Bugun.tv olaraq biz də, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü- xalqımızın gücünü, birliyini və gələcəyə inamını ifadə edən mühüm tarixi təbrik edirik. Bu əlamətdar gün münasibətilə dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlılara birlik, sülh və firavanlıq arzulayırıq.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu