Baş xəbər

31 iyul – Dövlət Sərhəd Xidmətinin yaradılması günü münasibətilə təbrik mesajı

Bugun.tv xəbər verir ki, ictimai xadim Təbriz Məhərrəmoğlu 31 iyul – Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması günü münasibətilə sosial media hesabında paylaşım edərək bütün sərhədçiləri peşə bayramı münasibətilə təbrik edib.

Paylaşımda bildirilib ki, Vətənimizin sərhədlərinin etibarlı mühafizəsini təmin edən, gecə-gündüz, isti-soyuq demədən xidmət aparan bütün sərhədçilər şərəfli və məsuliyyətli missiyanı böyük fədakarlıqla yerinə yetirirlər.

Qeyd olunub ki, müstəqil Azərbaycanın təhlükəsizliyinin, ərazi bütövlüyünün və dövlət suverenliyinin qorunmasında Dövlət Sərhəd Xidməti xüsusi rol oynayır. Sərhədlərin etibarlı müdafiəsi, qanunsuz miqrasiyaya, qaçaqmalçılığa və digər transmilli təhdidlərə qarşı mübarizə, dövlət sərhədinin müasir tələblərə uyğun mühafizəsi sərhədçilərin yüksək peşəkarlığı sayəsində təmin edilir.

Paylaşımda xüsusilə vurğulanıb ki, Vətən müharibəsi dövründə və sonrakı mərhələdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti böyük qəhrəmanlıq nümayiş etdirərək xalqımızın qürur mənbəyinə çevrilib. Sərhədçilər döyüş meydanında göstərdikləri igidliklə Azərbaycan əsgərinin yenilməz ruhunu bütün dünyaya nümayiş etdiriblər.

Eyni zamanda qeyd edilib ki, bu gün Azərbaycan sərhədləri ən müasir texnologiyalarla qorunur və dövlət sərhəd təhlükəsizliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən islahatlar ölkənin müdafiə potensialını daha da artırır.

Təbriz Məhərrəmoğlu paylaşımının sonunda şəhid sərhədçilərin əziz xatirəsini ehtiramla yad edib, qazilərə minnətdarlığını bildirib, bütün sərhədçilərə möhkəm can sağlığı, şərəfli xidmətlərində uğurlar, ailə səadəti və yeni nailiyyətlər arzulayıb.

Mənbə: QaynarXətt

Aynur Camal

Oxşar xəbərlər

Alimlər And dağlarında rekord yüksəklikdə yaşayan siçanın sirrini araşdırıblar

Aynur Camal

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatdan sonra, dövlət ziyafətində görüşdü

Aynur Camal

Prezident İlham Əliyev Qırğızıstana rəsmi səfər etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu