İdman

DÇ-2022: Final oyununun hakimləri bəlli oldu

Qətərdə təşkil olunan dünya çempionatında Argentina Fransa yığmaları arasında keçiriləcək final oyununun hakimləri açıqlanıb.

Bugun.tv-nin məlumatına görə, qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

Ona yan xətt hakimləri Pavel Sokolnitski və Tomaş Listkeviç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirəcək.

Görüşün VAR hakimi isə Tomaş Kvyatkovski olacaq.

Qeyd edək ki, dekabrın 18-də oynanılacaq Argentina – Fransa matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bugün TV

Oxşar xəbərlər

İran DÇ-2026 oyunlarını Meksikada keçirmək istəyir

Aynur Camal

Beyin sağlamlığını qorumaq və insult riskini azaltmaq necə mümkündür

Aynur Camal

Mütəxəssislər: Qısa hərəkət zehni yorğunluğu azaltmağa kömək edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu