27 C
Baku
21 Sentyabr 2026, 15:18
Baş xəbərDünya

Rusiyanın Rostov ticarət mərkəzində atışma baş verib

Xarici Xəbərlər. 

Rusiyanın Rostov ticarət mərkəzində atışma baş verib. 50 yaşlı kişi “Dimbo” ticarət mərkəzində avtomat silahdan atəş açıb.

Jurnalistlərin sözlərinə görə, o, əvvəllər həmin ticarət mərkəzində mühafizəçi işləyib. Təqibdən sonra polis atıcının avtomobil tapıb qaçdığını bildiriblər. Avtomobildə daha iki nəfər olub – ilkin versiyaya görə, onlar girov ola bilər.

Hadisə şahidinin sözlərinə görə, ticarət mərkəzində atəş boş patronlarla həyata keçirilib. İlkin məlumata görə, insident nəticəsində ölən olmayıb. “Polis gələndə atıcı avtomobillə hadisə yerini tərk edib. <…> Hücum edən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir”, – deyə məlumat verilib. Mənbə: gazeta.ru

Aynur Camal

Oxşar xəbərlər

İran ABŞ-ın yeni zərbələrə hazırlaşdığını açıqladı

Aynur Camal

Arıqlama dərmanları restoranlara da təsir edir

Aynur Camal

İngiltərə Avropa İttifaqına geri qayıdır? Xalqdan bütün zamanların ən böyük dəstəyi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu