28 C
Baku
9 İyul 2025, 12:21
Dünya

4 qabaqcıl texnologiyalı Yer müşahidə peykini orbitə buraxıldı

Çin kosmosa yüksək optik ayırdetmə və sürətli uzaqdan zondlama xüsusiyyətlərinə malik süni intellekt və ağıllı təsvir sistemləri ilə işləyə bilən 4 qabaqcıl texnologiyalı yer müşahidə peyki göndərib.

Çinin Sinxua agentliyinin xəbərinə görə, peyk şəbəkəsi yaratması planlaşdırılan “Pekin 3C” peykləri “Long March 2D” raketi ilə Şansi əyalətindəki Tayyuen Peyk Mərkəzindən orbitə çıxarılıb.

Buraxılış Long Marc raketləri ilə 523-cü uğurlu nəqliyyat missiyası idi.

Çin Kosmik Texnologiyalar Akademiyası (CAST) tərəfindən hazırlanmış “Pekin 3C” peykləri 0,5 millimetr diametrli və 2 metr multispektral ayırdetmə qabiliyyətinə malik ağıllı Yer müşahidə peyklərindən ibarətdir.

Süni intellekt və ağıllı təsvir sistemləri ilə işləyə bilən sürətli uzaqdan zondlama imkanlarına malik peyklər Çin Kosmik Elm və Texnologiya Şirkətinə (CASC) bağlı olan 21st Century Space and Aviation Technology Company (21AT) tərəfindən istifadə ediləcək.

Eyni şəbəkənin bir hissəsini təşkil edən “Pekin 3A” peyki 2021-ci ilin iyununda, “Bejing 3B” peyki isə 2022-ci ilin avqustunda orbitə buraxılmışdı.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Microsoft 4 Noyabrda Paint 3D dəstəyini dayandıracaq

Aynur Camal

ÜST Avropada spirt istehlakı ilə bağlı təcili tədbirlər görməyə çağırır

Şükufə Ramizqızı

Səmada görünən mavi burulğanın sirri açıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu