Digər

4 tondan artıq narkotik tərkibli bitki məhv edildi

Bugun.tv xəbər verir ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Nic qəsəbəsi ərazisində yabanı halda bitən, ümumi çəkisi 4 ton 170 kiloqram olan 8100 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Mənbə: DİN

 

Teymur Əziz

Oxşar xəbərlər

Sərxoş vəziyyətdə və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 80 sürücü müəyyən edildi

Kəmalə Sultan

Alim: “Lökbatanda palçıq vulkanı alovlanma ilə püskürüb”

Aynur Camal

Türkiyə dəmiryolu xətlərini Zəngəzur dəhlizinə qədər genişləndirir

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu