40 yaşdan sonra dəriyə qulluq, gözəllik cihazları, LED maska, mikrocərəyan masajı, RF cihazı, üz masajı, dəri təmizlənməsi, kosmetik qulluq
Səhiyyə

40 yaşdan sonra dəriyə qulluq üçün 7 gözəllik cihazı açıqlandı

Bugun.tv xəbər verir ki, 40 yaşdan sonra dəriyə qulluq zamanı çoxsaylı kosmetik vasitələrdən istifadə etməkdənsə, dəriyə uyğun cihazların seçilməsi daha məqsədəuyğun hesab olunur. Xüsusilə quruluq, şişkinlik, dəri səthinin qeyri-bərabərliyi və elastikliyin azalması zamanı müxtəlif gözəllik cihazlarından istifadə edilir.

Best Products Mail-in hazırladığı siyahıda ilk olaraq LED maskalar yer alıb. Qırmızı işıq və yaxın infraqırmızı diapazon əsasən yaşlanma əlamətləri və dəri quruluşu ilə bağlı qulluq üçün seçilir.

Digər cihaz mikrocərəyanlı masaj cihazıdır. Bu qurğular zəif elektrik impulslarından istifadə edir və adətən keçirici gel tələb edir.

Radiofrekanslı (RF) cihazlar isə toxumalara kontrollu istilik ötürür və daha çox dərinin elastikliyinin azalmasından narahat olanlar tərəfindən seçilir.

Siyahıda həmçinin soyuducu masaj cihazı, isitmə funksiyalı masaj cihazı, ultrasəsli dəri təmizləyici və yumşaq təmizləyici fırça yer alıb.

Mütəxəssislər cihaz seçərkən onun funksiyasından əlavə, istifadə qaydasına, prosedurun müddətinə və dəri tipinə uyğunluğuna diqqət yetirməyi tövsiyə edirlər. Güclü təzyiq və həddindən artıq tez-tez istifadə dəridə qıcıqlanma və quruluq yarada bilər.

Mənbə: Best Products Mail

Aynur Camal

Oxşar xəbərlər

Cift toxumasından əldə edilən hüceyrələr şəkərli diabet xəstələrinin sağalmayan yaralarına ümid verdi

Aynur Camal

Alimlər qan-beyin baryerinin yeni funksiyasını aşkar ediblər: Alzheimer müalicəsinə yol aça bilər

Aynur Camal

Piylənmə diaqnozunda yeni yanaşma: Təkcə boy və çəki kifayət etməyəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu