Saat 23 radələrində Kürdəmir rayonu Atakişili kəndində 46 yaşlı Müşfiq Cümşüd oğlu Məmmədovun odlu silahdan açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Bugun.tv-yə DİN-in mətbuat xidməti məlumat verib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 55 yaşlı İslamov Cümşüd Rizvan oğlu saxlanılıb.
Ondan cinayət aləti olan “Makarov” tapançası aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.