Qüdsdə dünən başlayan meşə yanğınları ikinci gündür də davam edir. Yanğınsöndürmə və Xilasetmə Xidmətindən verilən açıqlamada 11 müxtəlif məntəqədə yanğının söndürülməsi üçün 119 qrupun çalışdığı, 10 yanğınsöndürən təyyarənin işlərə dəstək verdiyi, yanğının hələ də nəzarət altına alınmadığı bildirilib. Bildirilib ki, bu gün Cənubi Kipr və İtaliyadan 8 yanğınsöndürmə təyyarəsinin gəlməsi gözlənilir. Digər tərəfdən, İsrail ordusu da yanğınsöndürmə işlərinə dəstək verməyə davam etdiyini açıqlayıb.
Səhiyyə rəsmiləri bildiriblər ki, 17 yanğınsöndürən yaralanıb, ikisi xəstəxanaya aparılıb.
5 MİN HEKTAR SAHƏ KÜLƏ DÖNDÜ
Yanğınlarda indiyədək 5 min hektar ərazinin külə döndüyü məlum olub. Yanğından ən çox zərər çəkən ərazinin Beyt Şemeş yaxınlığındakı Böyük Kanada Parkı olduğu bildirilib. Yanğınların davam etməsinə baxmayaraq, polis Qüds və Təl-Əvivi birləşdirən avtomobil yolu da daxil olmaqla yolların yenidən açıldığını açıqlayıb. Təxliyə edilən bəzi sakinlərə də evlərinə qayıtmağa icazə verilib. Səlahiyyətlilərin “İsrail tarixindəki ən böyük hadisə” ola biləcəyini bildirən yanğınlar səbəbilə dünən on yaşayış məntəqəsi boşaldılıb və Qüds və Təl-Əvivi birləşdirən əsas magistral da daxil olmaqla bir çox yol bağlanıb.
Mənbə: TgrtHaber