Digər

5 tona yaxın narkotik tərkibli bitki məhv edildi-FOTO

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Bugun.tv-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbir zamanı Bayan kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 4 ton 470 kiloqram olan 2650 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Bugün TV

Oxşar xəbərlər

Solaris Psixologiya Mərkəzinin rəsmi saytı istifadəyə verilib.

Teymur Əziz

Nizə zərbəsi ilə öldürülmüş neandertalın qalıqları aşkarlandı

Aynur Camal

Hazır qidalar beyində gizli zədələnmə riskinin artması ilə əlaqələndirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu