Baykal gölü, qədim balıqçılıq, arxeoloji tapıntı, daş balıq yemi, 7700 il əvvəl, Xujir-Nuge-9, qədim insanların həyatı, arxeologiya
Maraqlı faktlar

7 700 il əvvəl insanlar balıq tutmaq üçün daşdan kiçik balıq fiquru hazırlayıblar

Arxeoloqlar Baykal gölü ətrafında qədim insanların balıq ovlamaq üçün istifadə etdiyi maraqlı bir aləti araşdırıblar. Cəmi 4,85 santimetr uzunluğunda olan kiçik daş fiqurun təxminən 7 700 il əvvəl balıqları cəlb etmək məqsədilə hazırlandığı müəyyən edilib.

Bugun.tv xəbər verir ki, “Mail.ru” nəşrinin “NİA Krasnoyarsk”a istinadən yaydığı məlumata görə, tapıntı Baykal gölünün Olxon adası yaxınlığındakı Xujir-Nuge-9 arxeoloji abidəsində aşkar edilib.

İrkutsk Milli Tədqiqat Texniki Universitetinin alimləri Dmitri Kiçigin və Artur Xarinski tərəfindən araşdırılan fiqur boz rəngli şist daşından hazırlanıb. Qədim usta onun başını, ağzını və gözlərini xüsusi olaraq işləyib. Quyruq hissəsindəki kiçik oyuqlar isə balıqçılıq vasitələrini və ya iri balıqları cəlb edən rəngli parça parçasını bağlamaq üçün nəzərdə tutulub.

Tədqiqatçılara görə, qədim insanlar bu daş balıq formasındakı yemi buz üzərində açılmış dəliyə və ya açıq su sahəsinə endirirdilər. İri yırtıcı balıqlar yemə yaxınlaşdıqdan sonra onları nizə və ya harpun vasitəsilə tuturdular. Həmin dövrdə balıqçılıqda müasir tilov sapları əvəzinə heyvan vətərlərindən hazırlanmış iplərdən istifadə olunurdu.

Əvvəllər bu cür kiçik fiqurların geyimə bəzək kimi tikildiyi ehtimal edilirdi. Lakin alimlər tapıntının dəfn yerində digər əmək alətləri ilə birlikdə aşkar olunmasını əsas gətirərək onun balıq ovu üçün nəzərdə tutulduğu qənaətinə gəliblər.

Qeyd edək ki, fiqurla birlikdə 14 müxtəlif əşya da tapılıb. Qəbirdən əldə olunan insan sümüklərinin radiokarbon analizi dəfnin təxminən 7 700 il əvvələ aid olduğunu göstərib.

Baykal gölü, qədim balıqçılıq, arxeoloji tapıntı, daş balıq yemi, 7700 il əvvəl, Xujir-Nuge-9, qədim insanların həyatı, arxeologiya

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Bazardan ucuz aldığı bilərzik qızıl çıxdı: 150 bahtı 104 min bahta çevrildi

Aynur Camal

Alimlər ürəyin yaşlanmasının ən çox hansı nahiyələrdə baş verdiyini müəyyən ediblər

Aynur Camal

Avstraliyada milyonlarla qırmızı xərçəng sahilə doğru köç edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu