25 C
Baku
27 İyul 2024, 4:20
Dünya

71 yaşlı keçmiş MKİ agenti Çinin xeyrinə casusluq etdiyini etiraf edib

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Alexander Yuk Ching Ma milli müdafiə məlumatlarını toplamaqda və Çinə göndərməkdə təqsirli bilinib. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Honoluluda yaşayan 71 yaşlı Ma qohumlarından biri ilə birlikdə Çin Kommunist Partiyasına həssas məlumatlar verdiyini etiraf edib.

O və adı açıqlanmayan qohumu 2001-ci ildə ABŞ-ın milli müdafiəsi ilə bağlı külli miqdarda məxfi məlumatı Çin kəşfiyyat agentlərinə təhvil vermək üçün “on minlərlə dollar” alıblar.

Bildirilib ki, Ma Honq-Konqda, qohumu isə Şanxayda doğulub və daha sonra ABŞ vətəndaşı olub.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

ABŞ və Fransa: “İranın “Xeybər”uzaqmənzilli raket sınağı 2231 saylı qətnaməni pozur”

Aynur Camal

İsrail Qəzzaya havadan zərbə endirdi: 20 fələstinli həyatını itirdi

Aynur Camal

Zəlzələdən tək bir zərər görməyən qəsəbə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu