27 C
Baku
27 İyul 2024, 3:39
Dünya

İnnovativ çuğundur salatı

Bu salatın qeyri-adi tərkib hissəsi inanılmaz effekt verir. Bu salat gözlənilməz inqrediyentin əlavə edilməsi sayəsində inanılmaz dərəcədə dadlı çıxır – yəqin ki, çuğunduru kivi ilə birləşdirməyi heç düşünməmisiniz. Amma boş yerə. Sınamağa əmin olun!

Tərkibi:

3 çuğundur;

1 kivi;

göyərti – 1 dəstə;

1 qırmızı soğan;

bir ovuc qoz;

şəkər – çay qaşığı;

duz – zövqə görə;

yağ (günəbaxan və ya zeytun) – 1 xörək qaşığı;

balzam sirkəsi və ya limon suyu – zövqə görə.

Necə hazırlanır:

Çuğundurları qabığında qaynadıb soyundun. Qabıqları soyun. Qozları ən azı 10 dəqiqə, mümkünsə daha uzun müddət suda əvvəlcədən isladın. Kividən qabığlnı çıxarın və kiçik kublara kəsin. Qırmızı soğanı təmizləyirik, incə doğrayırıq (yarım halqalara kəsə bilərsiniz – zövqünüzə görə). Üzərinə sirkə səpin, bir az şəkər və duz əlavə edin və 5 dəqiqə marinat etmək üçün buraxın. Göyərtini incə doğrayın. Çuğundurları qaba sürtgəcdən keçirin. Qozları incə doğrayın. Ləpələri əzmək də olar.

Ayrı bir qabda balzam sirkəsi (uksus), yağ, şəkər və duzu qarışdırın və salatı bəzəyin. 20 dəqiqə marinatla birgə dinlənsin ki, dada gəlsin.

Mənbə: MixNews

Aynur Camal

Oxşar xəbərlər

Daha bir ətraf mühit çirklənməsinin həyəcan təbili çalınıb

Aynur Camal

Boeing üzərindəki böhran buludu dağılmır! İndi təyyarənin təkərləri yerə düşüb

İntizar Əmirova

Miqrant qayığı batıb: 6 ölü var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu