Dünya

Sahib olduğu itlərin hücumuna məruz qalan qadın dünyasını dəyişdi

İngiltərənin paytaxtı Londonun şərqindəki evində ona məxsus iki itin hücumuna məruz qalan 50 yaşlarında qadının dünyasını dəyişdiyi bildirilib.

Tibb işçilərinin müdaxilə etdiyi qadının hadisə yerində dünyasını dəyişdiyi bildirilib.

“Həmin itlər Bully XL cinsinə aid itlər olub və polis əməkdaşları gələnə qədər evin bir otağında saxlanılıblar. Hadisə zamanı onlar evdən çıxmayıblar”, – deyə məlumatda bildirilir. Bəyanat daxil edilib.

 “American Bully XL” cins itlərin qadağan edilməsi qərara alınıb

Həmçinin 2023-cü il sentyabrın 14-də ölkənin Staffordşir bölgəsində iki itin hücumuna məruz qalan şəxs aparıldığı xəstəxanada dünyasını dəyişib.

Hücumdan bir gün sonra İngiltərənin Baş naziri Rişi Sunak Bully XL itlərin saxlanmasını qadağan edən qərar qəbul edib.

Sunak qeyd edib ki, qadağa qərarı ilə it hücumları sona çata və insanların təhlükəsizliyi təmin edilə bilər.

Qeyd edək ki, Fevralın 1-dən etibarən, İngiltərə və Uelsdə azad olma sertifikatı olmayan Bully XL itinə sahib olmaq cinayət sayılır.

Bu cins itlərə sahib olanlardan heyvanın sterilizasiyası, mikroçiplənməsi və digər məhdudiyyətlərlə yanaşı, ağız bağlı gəzdirilməsi tələb olunur.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

BMT Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün təcili addımlar atmağa çağırdı

Aynur Camal

İtaliya Aİ-nin Qırmızı dənizdəki missiyasının kifayət etmədiyini bildirir

Aynur Camal

Polşada Soyuq müharibə dövrünün sığınacağı yenidən istifadəyə verildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu