Dünya

90-dan çox yaşı olan molla yüksək vəzifəyə gətirildi

İranda 90-dan çox yaşı olan molla yüksək vəzifəyə gətirildi!

Ekspertlər Məclisinin iki keçmiş üzvü İbrahim Rəisi (keçmiş prezident) və Məhəmməd Ali-Haşimin (Təbrizin cümə imamı) ölümündən sonra sözügedən quruma keçirilən 6-cı çağırış seçkilərin ilk iclasında Məhəmmədəli Movəhhedi Kermani iki illik müddətə rəhbər olaraq namizədliyini irəli sürüb.

Məlumata görə, 93 yaşlı Movəhhedi Kermani bu gün həmin orqana rəhbər seçilib. Bildirilib ki, parlament üzvlərinin orta yaş həddi və onların cəmiyyətdən uzaq olmaları, ölkədə baş verən dəyişiklikləri dərk etməmələri bir çox tənqidlərə səbəb olub.

Qeyd olunub ki, 83 ekspert üzvün iştirakı ilə keçirilən iclasda Məhəmmədəli Movəhhedi Kermani 55 lehinə səslə quruma rəhbər seçilib.

Mənbə: Azad İran

Aynur Camal

Oxşar xəbərlər

ENHYPEN üzvü NI-KI yapon pərəstişkarın faciəvi ölümündən sonra sərt tənqidlərlə üzləşdi

Bugün TV

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu