Dünya

Qəzzadan Meksikaya: bir ailə yemək hazırlayaraq yeni həyat qurmağa çalışır

Bugun.tv xəbər verir ki, Qəzzadan Meksikaya köçən fələstinli ailələrdən biri ənənəvi yeməklər hazırlamaqla yeni həyat qurmağa çalışır. Reuters-in məlumatına görə, Məhəmməd Abed 2025-ci ilin yazında 17 qohumu ilə birlikdə sığınacaq axtararaq Meksikaya gəlib.

Abed hazırda Meksiko şəhərində müxtəlif bazarlarda fələstin mətbəxinə aid yeməklər satır. Onun hazırladığı humus, baba-qanuş, falafel, şaurma və kabab müştərilərin diqqətini çəkir. Mətbəx fəaliyyəti ailənin gəlir əldə etməsi ilə yanaşı, onların öz mədəniyyətlərini yaşatmasına da imkan verir.

Reuters-in yazdığına görə, Meksikada yaşayan fələstinlilərin sayı rəsmi rəqəmlərə əsasən təxminən 160 nəfərdir. Bu göstəricinin 2022-ci ildəkindən təxminən iki dəfə çox olduğu bildirilir.

Abed ailəsinin Qəzzada yaşadığı dövrdə ağır itki də verdiyini danışıb. Onun dörd yaşlı qızı İsrailin hava hücumu zamanı həlak olub. Bildirilir ki, yüksək səslər onun ailəsində müharibənin yaratdığı travmatik xatirələri yenidən canlandıra bilir.

Meksikada yemək satmaq Abed üçün yalnız dolanışıq vasitəsi deyil. O, bu fəaliyyət vasitəsilə ailəsinə yeni həyat qurmağa və fələstin mətbəxini daha geniş auditoriyaya tanıtmağa çalışır.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

BBC: Ukrayna müharibəsində 490 mindən çox rus hərbçisi həlak olub

Aynur Camal

Alimlər dəniz kirpisinin qida borusunda yaşayan yeni canlı növü aşkarlayıblar

Aynur Camal

“Qara dənizin Göbəklitəpəsi” adlandırılan qədim məkan su altında qalmaq təhlükəsi ilə üzləşib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu