Baş xəbər

“Psixoloq pedaqoq və təhsil həmrəyliyi forum”u keçirilib

  Bugun.tv xəbər verir ki, “Ahəng psixologiya reabilitasiya inkişaf mərkəzi” və “Green Start Akademi”nin təşkilatçılığı ilə “Psixoloq pedaqoq və təhsil həmrəyliyi forum”u keçirilib.

Forumda Türkiyənin Ankara şəhərindən dəvət olunan psixoloq, “Ahəng” PRİM-in rəhbəri Vüsalə Əmiraslanova, “Green Start Akademi”nin rəhbəri Aysel Rəsulzadə, Azərbaycanda fəaliyyət göstərən psixoloqlar və xüsusi pedaqoqlar spiker qismində iştirak ediblər. Forumu müəllimlər, psixoloq və tələbələr böyük zövqlə dinləyiblər.

Tədbir tanınmış müğənnilərin ifaları ilə davam edib. Həmçinin forumda, sərgi də təşkil olunub.

Həmrəylik gününə həsr olunan tort kəsilib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Aynur Camal

Oxşar xəbərlər

Kəlbəcərdə yerləşən hərbi hissədə hüquqi maarifləndirmə məqsədilə monitorinq keçirildi

Aynur Camal

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan–Qırğızıstan arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu