Baş xəbər

Rusiya Prezidenti başsağlığı verdi

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin dövlət başçılarının qeyri-rəsmi görüşünü açaraq Aktauda baş verən təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.

Bugun.tv xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti sammit iştirakçıları adından həlak olanların ailələrinə və bütün xəsarət alanlara başsağlığı verib.

“Təyyarə qəzaya uğrayıb, ölənlər var, çoxlu yaralılar var. Sizin adınızdan həlak olanların ailələrinə və bütün zərərçəkənlərə başsağlığı vermək istəyirəm. Onların sağalacağına ümid edək”, – deyə Rusiya lideri bildirib.

V.Putin vurğulayıb ki, Qazaxıstan Prezidenti ilə razılığa əsasən, Rusiya Fövqəladə Hallar Nazirliyinin tibb işçiləri və lazımi əlavə avadanlıqlar olan təyyarəsi Aktauya uçur. “Mən səhər saatlarında İlham Heydər oğlu Əliyevlə də danışmışam, o, təyyarə Azərbaycan aviaşirkətinə məxsus olduğu üçün Bakıya qayıtmağa məcbur olub”, – deyə Rusiya Federasiyasının Prezidenti qeyd edib.

Mənbə:  AZƏRTAC

Aynur Camal

Oxşar xəbərlər

Media Tədris Mərkəzində tələbələr üçün multimedia və aparıcılıq təlimi keçirildi

Aynur Camal

Bu gün TV: Firuzə Babayevanın 60 illik yubileyi qeyd olundu

Elnarə Dərziyeva

Məhluqə Rəhimova: Məktəb — qadın hüquqlarının, elmin və dünyəvi təhsilin məkanı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu