Dünya

Avtobus xəndəyə yuvarlandı: Ölən və yaralananlar var

Norveçdə sərnişin avtobusunun idarəetmədən çıxaraq xəndəyə yuvarlanması nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə ağır yaralanıb. Qəzada 3 nəfər helikopterlə Stokmarknes xəstəxanasına, digər sərnişinlər isə yaxınlıqdakı məktəbə aparılıb.

Sərnişin avtobusu Norveçin şimal-qərb sahilindəki Hadsel bölgəsində xəndəyə yuvarlanıb. Polis qəza nəticəsində azı 3 nəfərin öldüyünü, 4 nəfərin isə ağır yaralandığını bildirib. Avtobusda 58 nəfərin olduğunu bildirən səlahiyyətlilər, avtobusun yoldan çıxaraq Asvatnet gölünə düşdüyünü bildirib. Qəzada 3 nəfər helikopterlə Stokmarknes xəstəxanasına, digər sərnişinlər isə yaxınlıqdakı məktəbə aparılıb. Bildirilib ki, avtobus Narvik şəhərindən Lofoten arxipelaqına gedib.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycana qarşı yenidən böhran yolunu tutdu

Aynur Camal

Alberta Kanadadan ayrılacaq? Ştatda müstəqilliklə bağlı referendum müzakirələri qızışır

Aynur Camal

Kinoteatrlar Meta-nın ağıllı eynəklərini qadağan etməyi müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu