qədim pendir, kefir, süd məhsulları, Çin, mumiyalar, arxeologiya, qida tarixi, DNT analizi
Dünya

Fillər milçəkləri qovmaq üçün budaqlardan istifadə edir

Fillərin ağıllı davranışları ilə bağlı maraqlı müşahidələrdən biri onların ağac budaqlarını alətə çevirməsidir. Tədqiqatlar göstərir ki, bu nəhəng heyvanlar budaqlardan milçəkləri qovmaq və bədənlərini qaşımaq üçün istifadə edə bilirlər.

Bugun.tv xəbər verir ki, “Animal Behaviour” elmi jurnalında dərc olunan araşdırmada Hindistanın Nagarhol Milli Parkında yaşayan Asiya fillərinin davranışları müşahidə edilib.

Tədqiqatçılar ümumilikdə 33 fili izləyib və 26,7 saatlıq müşahidə aparıblar. Bu müddətdə səkkiz filin milçəklərdən qorunmaq məqsədilə ağac budaqlarından istifadə etdiyi qeydə alınıb.

Alimlər bu davranışı sadəcə təsadüfi hərəkət deyil, alətdən istifadə nümunəsi kimi qiymətləndirirlər. Fillər ətrafdakı bitkilərdən öz ehtiyaclarına uyğun şəkildə yararlana bilir, budaqları bədənlərinə çatdıraraq narahatlıq yaradan həşəratları uzaqlaşdırırlar.

Bu müşahidə fillərin yalnız güclü və iri heyvanlar olmadığını, həm də ətraf mühitə uyğunlaşmaq və gündəlik problemləri həll etmək bacarığına malik olduqlarını göstərir.

Mənbə:  ScienceDaily

Aynur Camal

Oxşar xəbərlər

Nəsli kəsilmək təhlükəsində olan 26 tısbağa xilas edildi

Aynur Camal

Tramp İraq hökumətinin neft qaçaqmalçılığına qarşı tədbirlərini dəstəkləyib

Aynur Camal

Alimlər mayeni havada görünməz ultrasəs kanalı ilə daşıma üsulu hazırladılar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu