12 C
Baku
6 Aprel 2026, 20:20
Dünya

Ağ Ev veb-saytın ispandilli versiyasını yığışdırdı

İspan dilli versiya ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Ağ Evin saytından yoxa çıxıb. İspan dilində vebsayta girdiyiniz zaman 404 xətası (səhifə tapılmadı) göstərilir.

Əvvəlcə ispandilli sayta daxil olan zaman istifadəçilərə “Evə get” mesajı göstərilirdi. Bu ifadə saytın ana səhifəsinə qayıtmaq deməkdir, lakin hərfi mənada “Evə get” kimi tərcümə oluna bilər. Daha sonra düymə “Əsas səhifəyə keç” olaraq dəyişdirildi.

Inauqurasiya nitqi zamanı cənab Tramp Amerika tarixində qeyri-qanuni miqrantların “ən böyük deportasiya əməliyyatını” həyata keçirmək niyyətində olduğunu açıqladı. O, Meksika ilə sərhəddə fövqəladə vəziyyət tətbiq edəcəyini və ordunu ora göndərəcəyini vəd edib.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu