Baş xəbərDünya

LPG yüklü tanker bomba kimi partladı: 6 ölü, 30 yaralı

Pakistanda sənaye zonasında LPG ilə yüklənmiş tanker partlayıb. Partlayış nəticəsində 6 nəfər ölüb, 30 nəfər yaralanıb. Tankerin hissələri zədələnmiş avtomobillərin və binaların ətrafına səpələnsə də, yanğın nəticəsində çoxlu mal-qara da tələf olub. Pakistanın Pəncab əyalətinin Multan şəhərində LPG ilə yüklənmiş tanker partlayıb. Sənaye zonasında baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 13-ü ağır olmaqla 30 nəfər yaralanıb.  Tankerin hissələri ətrafa səpələnərək nəqliyyat vasitələrinə və binalara ziyan vurub.

Xilasedicilərin bildirdiyinə görə, partlayışdan sonra başlayan yanğın saatlarla davam edən işdən sonra söndürülüb. Yanğın nəticəsində çoxlu mal-qara da tələf olub.

Polis əməkdaşı Sadiq Əli tankerdə qaz sızmasının davam etdiyini, buna görə də bölgədə təxliyyə işlərinə başlanıldığını bildirib.

Yaralıların müalicə olunduğu Niştar xəstəxanasında fövqəladə vəziyyət elan edilərkən, ehtiyat tədbiri olaraq ərazidə qaz və işıq kəsilib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

“Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin artması üçün imkanlar genişdir”

Aynur Camal

Vüqar Bayramov: Birgə Bəyannamə Azərbaycan üçün yeni iqtisadi və investisiya imkanları yarada bilər

Aynur Camal

Ayılar evlərə girməyi öyrənir: mütəxəssis gələn il vəziyyətin çətinləşə biləcəyini deyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu