Baş xəbərDünya

Transseksual idmançılar qadın yarışlarında iştirakı qadağan edildi

ABŞ prezidenti Donald Tramp transseksual idmançıların qadınların idman yarışlarında iştirakını qadağan edən sərəncam imzalayıb.

ABŞ prezidenti Donald Tramp seçki dövründə söz verdiyi məsələ ilə bağlı növbəti addım atıb.

O, imzaladığı prezident fərmanı ilə kişi doğulan transseksual idmançıların qadınların idman yarışlarında iştirakını qadağan edən əsasnaməni həyata keçirib.

Tramp mərasimdəki çıxışında bioloji olaraq kişi və qadın olmaqla iki cinsin olduğunu, başqa tərifləri qəbul etmədiklərini, qadınların idman yarışlarında trans idmançıların yeri olmadığını bildirib.

“Keçən ilki Paris Olimpiadasını necə unutmaq olar ki, kişi boksçunun qadın rəqibi ilə vəhşicəsinə rəftar etməsi və 46 saniyə ərzində məğlub hesab edildikdən sonra onun qızıl medalını oğurlaması? Bütün bunlar bu gün başa çatır, çünki bu sərəncamla qadın idmanına qarşı müharibə başa çatıb”, – Tramp deyib.

Trampın imzaladığı sərəncam, federal maliyyə alan bütün təhsil müəssisələrinin transseksual idmançıların qadınların idman yarışlarında iştirakına icazə verdikləri təqdirdə bu maliyyəni dayandırmasını tələb edir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul etdi

Aynur Camal

AB qarşıdakı 10 ildə 50 min peykin buraxılacağını gözləyir

Aynur Camal

Britaniya Rusiyanın NATO-ya hücum planı barədə məlumatı olmadığını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu