Image default
Baş xəbərDünya

Məsud Pezeşkiyan Azərbaycanın baş naziri Əsədovu türk dilində qarşıladı

Təbrizdə oxuduğu türkcə şeirlə gündəmə gələn Məsud Pezeşkiyan bu dəfə Azərbaycanın baş naziri Əli Esedovu türkcə salamlaması ilə diqqət çəkib.

Prezident İbrahim Rəisi 19 may 2024-cü ildə İranda helikopter qəzasında həlak olub.

Prezidentdən sonra keçirilən seçkilərlə vəzifəyə gələn türk əsilli Mesud Pezeşkiyanla ölkə yeni dövrə qədəm qoydu.

Pezeşkianın etnik mənşəyi və son açıqlamaları həm ölkəsində, həm də regionda gündəm yaradır.

Son zamanlar türkcə şeir oxuyan Pezeşkiyan bu dəfə türkcə salamı ilə gündəmdədir.

Pezeşkian Tehranda Azərbaycanın baş naziri Əli Əsədovla görüşüb. Regional siyasətə görə münasibətləri gərgin olan iki ölkə arasında bu görüş Pezşkiyanın qonağı Azərbaycan türkcəsində qarşılaması ilə yadda qalıb.

Qarşılama anının görüntüləri həm İranda, həm də region ölkələrində trend mövzusuna çevrilib.

Məsud Pezeşkiyan Təbrizdə iştirak etdiyi proqramda məşhur Təbriz şairi Şəhriyarın “Heydər babaya salam” şeirini oxuyarkən mərasimi təşkil edən rəsmilər tərəfindən xəbərdarlıq edilib.

İstər oxunan şeir, istərsə də xəbərdarlıq geniş əks-səda doğurub, mübahisələrə səbəb olub.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov: Azərbaycan–Fələstin münasibətləri strateji əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

Aynur Camal

The Guardian: Zelenskinin müdafiə nazirini vəzifədən uzaqlaşdırması Ukraynada və Qərbdə narahatlıq yaratdı

Aynur Camal

Endokrinoloq həftədə ən azı iki dəfə bu giləmeyvəni yeməyi tövsiyə etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu