Baş xəbərDünya

Polşadan nüvə silahı ilə bağlı bəyanat DÜNYA

Polşa prezidenti Anjey Duda ABŞ-dan ölkəsində nüvə silahı yerləşdirməyi tələb edib.

Polşa prezidenti Anjey Duda, Rusiyanı mümkün hücumdan çəkindirmək üçün ABŞ-ın ölkəsində nüvə silahı yerləşdirməsini istədiyini və bu istəyini bir neçə həftə əvvəl Varşavaya səfər edən ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa çatdırdığını bildirib.

1999-cu ildə NATO sərhədlərinin şərqə doğru genişləndiyini xatırladan Duda, “Ona görə də 26 ildən sonra NATO-nun infrastrukturu da şərqə doğru dəyişməlidir. Bu mənə aydındır. Düşünürəm ki, bu silahlar artıq burada olsaydı, daha təhlükəsiz olardı”.

Rusiyanın 2023-cü ildə nüvə başlıqlarını Belarusda yerləşdirdiyini bildirən Polşa prezidenti Duda Rusiyanın bu mövzuda bir an belə tərəddüd etmədiyini və heç kimdən razılıq almadığını qeyd edib.

Duda 2022-ci ildə ABŞ prezidenti Co Bayden administrasiyasına oxşar təkliflə çıxış edib, lakin bu təklif ABŞ tərəfindən qəbul edilməyib.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Tramp Ermənistan seçkilərində Paşinyanı dəstəklədiyini açıqladı

Aynur Camal

İrandan ABŞ hərbi bazasına cavab zərbəsi

Aynur Camal

28 May – Azərbaycan xalqının istiqlal yolunun başlanğıcı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu